20/07/2019
16:27
3208
| A A A
"Bu keçid Napoli üçün böyük bir uğur olar" - Insinye

Napoli-nin forvardı Lorenso İnsinye açıqlama verib.

Goal.az xəbər verir ki, klubun müdafiəçiləri Xalidu Kulibali və Kostas Manolasla bağlı fikirlərini bölüşən 28 yaşlı futbolçu, Napoli-nin transfer hədəfində olan Xames Rodriqes haqda da danışıb:

“Kulibali Avropanın ən güclü müdafiəçisidir. Manolas da güclü futbolçudur və komandamıza çox böyük fayda verir.

Xames Rodriqesin transferinə gəlincə, Napoli-nin qapıları bütün güclü futbolçular üçün açıqdır. Bu keçid Napoli üçün böyük bir uğur olar və biz Xamesi burda qarşılamaqdan məmnun olarıq. Xames həqiqətən “10 nömrə”dir və çox istedadlıdır. Bizimlə birlikdə hər şey çox yaxşı olardı, amma seçim məşqçinin və klubundur”.