05/08/2019
11:38
18343
| A A A
Ronaldo hansı futbolçu ilə eyni komandada oynamaq istərdi?

Juventus-un ulduz futbolçusu Kriştiano Ronaldo birlikdə oynamaq istədiyi futbolçunun adını açıqlayıb.

Goal.az xəbər verir ki, 34 yaşlı hücumçu “Soccer.com” “Youtube” kanalına müsahibəsində mərhum həmyerlisi Eysebionu fərqləndirib: “Fikrimdə çox sayda oyunçu var. Ancaq bir neçə il öncə vəfat edən həmyerlimin adını çəkəcəyəm. Bu, Eysebiodur. O, Portuqaliyanın simvollarından sayılır. Onunla oynamaq istərdim. Birincisi, portuqaliyalıdır, ikincisi isə çox yaxşı insan idi”.

Ronaldo deyib ki, futbolçu olmasaydı aktyorluq və ya modelliyi seçərdi.

Qeyd edək ki, Eysebio 1965-ci ildə “Qızıl top” mükafatına layiq görülüb. O, 5 yanvar 2014-cü ildə 71 yaşında vəfat edib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27578 səs