09/08/2019
14:51
5955
| A A A
Ronaldo təvazökarlıq etmədi: "Həmin vaxt mənimlə 50 klub maraqlanırdı"

Juventus-un hücumçusu Kriştiano Ronaldo 2003-cü ildə Sporting-in heyətində Manchester United-ə qarşı keçirilən oyun haqda maraqlı açıqlama verib.

Goal.az xəbər verir ki, Portuqali mətbuatına müsahibəsində o bildirib ki, həmin vaxt onu xeyli klub izləyirmiş.

“Həmin matça yaxşı köklənmişdim. Bilirdim ki, əgər yaxşı oynasam, nəinki Manchester United, digər klubların da diqqətini çəkəcəyəm. Çünki mənimlə maraqlanırdılar. Doğrusu, bu oyunda qol vurmaq mənim üçün vacib deyildi. Əgər vursaydım, mənimlə maraqlanan klubların sayı 100-ə çatardı, həmin vaxt isə bu rəqəm 50 idi. Bu matçda Sporting qalib gəldi” – deyə Ronaldo bildirib. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27572 səs