14/08/2019
13:09
2504
| A A A
"Əks təqdirdə, anam mənə qəzəblənəcək" - Klopp

Liverpool-un baş məşqçisi Yürgen Klopp Chelsea ilə keçiriləcək UEFA Super Kubok oyunu öncəsi açıqlama verib.

Goal.az xəbər verir ki, almaniyalı mütəxəssis oyuna təyin olunan qadın hakim haqda danışıb:

"Artıq bunun zamanı yetişmişdi. Bu futbol tarixində ilk olacaq və biz də tarixdə bu olacağımıza görə sevinirik. Çalışacam Stefani Frappara qarşı sakit davranım. Əks təqdirdə, anam mənə qəzəblənəcək. Bu hadisə xüsusidir və güman edirəm sonuncu olmaz".

Yurqen Klopp daha sonra jurnalistlərin "Çempionlar Liqası titulu, yoxsa Premyer Liqa titulu?" sualına cavab verib:

"Bu seçimi edəcək qədər özümü güclü hesab etmirəm. Ötən mövsüm biz Premyer Liqadan imtina etməmişdik. Biz hər oyun qabağı qələbəyə köklənirik. Fərqi yoxdur, bu dostluq matçıdır, ya final oyunu. Chelsea ilə oyun çətin olacaq, amma biz qələbəyə inanırıq".

Qeyd edək ki, Liverpool - Chelsea matçı bu gün saat 23:00-da başlayacaq.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1207 səs