22/08/2019
14:48
3503
| A A A
Manchester United-in 3 "günah keçisi"...

İnter-in yeni transferi Romelu Lukaku Manchester United-i tərk etməsi barədə danışıb. 

Goal.az xəbər verir ki, belçikalı hücumçu sabiq komandasında daim "günah keçisi" olduğunu deyib:

"Uğursuzluq olan kimi günahı kimdəsə görmək lazım idi. Belədə Poqba, Aleksis, ya da mən qurban seçilirdik. Həmişə üçümüzdən birimiz. Çoxları elə düşünürdü ki, mən yeni oyun sisteminə uyğun gəlmirəm. Bu məndə gülüş doğururdu. Belə çıxır ki, klubda hər şeyi mən korlayırdım? Bəs millidə? Orda mən yaxşı oynayıram? Ötən mövsüm son 6 oyunda meydana çıxmamışdım. Son üç həftədə isə ümumiyyətlə, oynamamışdım. Sonra 3 həftəlik tətil oldu.  Və milliyə çağırıldım. Orda heç kim məndən narazılıq etməsə də, arada söz-söhbət yaranırdı.  İnsanların fikirlərini dəyişmək üçün illərimi sərf etmişəm. Manchester United-də bu şansı vermədilər. Orda şayiələr çox idi. Heç kim də bunun qarşısını almırdı. 3-4 həftə belə davam etdi, kiminsə bunları təkzib edəcəyini gözlədim. Amma bu baş vermədi. Sonra özüm klubla söhbətə başladım və ayrılmaq istədiyimi dedim. Birini qorumaq istəmirsinizsə, şayiələr artıq sabit bir axına çevrilir".

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33452 səs