10/09/2019
14:49
6178
| A A A
Emin Mahmudovdan "danışılmış oyun" iddiasına reaksiya - "əsl alverçi millət..."

Azərbaycan milli komandası futbol üzrə AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya ilə oyunda ilk xalını qazanıb - 1:1.

Goal.az xəbər verir ki, millimizin dünya vitse-çempionlarından xal alması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi azarkeşlər oyunun satıldığını, danışılmış oyun olduğunu iddia ediblər.

Azərbaycan millisinin və Neftçi-nin futbolçusu Emin Mahmudov bu fikirlərə münasibət bildirib:

"3 ildir Azərbaycandayam və həmişə eşidirəm: ya oyunu alıblar, ya da satıblar. Əsl alverçi millət kimi özümüzü aparırıq. Amma kimdən soruşsan, "sübut elə, mən də qəbul edim!". Suala heç kim cavab vermir. Deyəcəklər, hansısa çayxanada eşitmişəm. Uşaqların əziyyətini yerə vurmaq lazım deyil, özümdən danışmıram, mən heçnə etməmişəm dünən, amma uşaqlar çox əziyyət çəkdilər".

Image may contain: text

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33147 səs