"Liverpool Avropanın ən güclüsü deyil..." - Klopp
Liverpool-un baş məşqçisi Yürgen Klopp Napoli ilə oyundan öncə maraqlı açıqlama verib.
Goal.az xəbər verir ki, almaniyalı mütəxəssis Napoli-nin baş məşqçisi Karlo Ançelottinin "Biz Avropanın ən güclü klubu ilə qarşılaşacağıq" açıqlamasına cavab verib.
"Liverpool Avropanın ən güclüsü deyil, çünki Manchester City dünyanın ən güclüsüdür" - deyib Klopp.
Qeyd edək ki, Napoli - Liverpool qarşılaşması bu gün saat 23:00-da keçiriləcək.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR