17/09/2019
12:37
3214
| A A A
İkardi PSG-dən ayrıla bilər - Vanda Nara açıqladı

Mauro Ikardinin həyat yoldaşı və agenti Vanda Nara mətbuata açıqlama verib.

Goal.az xəbər verir ki, müqavilə ilə İnter-ə məxsus olan, hazırda icarə əsasında PSG-də çıxış edən Mauro İkardinin həyat yoldaşı Vanda Nara futbolçunun Napoli-yə keçə biləcəyini deyib.

"Napoli İkardini transfer etmək istəyirdi. Onlar İnter-lə razılığa gələ bilmədilər. Lakin onların büdcəsində İkardi üçün ayrılmış vəsait hələki xərclənməyib. Buna görə, artıq yanvar ayında İkardi Napoli-yə keçə bilər" - deyib Nara.

Qeyd edək ki, Mauro İkardi PSG-də hələlik cəmi bir oyunda iştirak edib.