09/10/2019
13:50
3225
| A A A
Pike: "Real-ın formasına qarşı allergiyam var"

İspaniya millisi və Barcelona-nın üzvü Jerar Pike "Sport.es"ə açıqlama verib.

Goal.az xəbər verir ki, təcrübəli müdafiəçi əzəli rəqibləri Real barədə danışarkən uşaqlıqdan indiyədək heç vaxt Madrid klubunun formasının geyinmədiyini, bu formaya qarşı allergiyasının olduğunu bildirib: "Məni fitə bassalar, daha yaxşı oynayaram. Tənqid olunanda inkişaf edirəm. Milli komandada məni fitə basmışdılar. Amma bu, yığmadakı ən yaxşı ilim idi. Məncə, nə vaxtsa Real futbolçuları ilə forma dəyişdirmişəm, ancaq heç vaxt o formanı geyinməmişəm. Real-ın formasına qarşı allergiyam var".

Qeyd edək ki, Barcelona-nın yetirməsi olan Pike 2008-ci ildən Kataloniya klubunda çıxış edir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39988 səs