10/10/2019
10:23
1059
| A A A
“Təhlükəsizlik baxımından bu ölkə təmsilçilərinin üz-üzə gəlməsi doğru deyil” – Çeferin

UEFA-nın prezidenti Aleksandr Çeferin açıqlama verib.

Goal.az xəbər verir ki, “RİA Novosti”yə danışan Çeferin bəzi ölkə komandalarının müxtəlif turnirlərdə üz-üzə gəlməməsinə münasibət bildirib:

“Bizim üçün təhlükəsizlik ən vacib məsələlərdən biridir. Turnirlərimizdən hər hansı biri ilə bağlı qərar verərkən ən birinci təhlükəsizliyi nəzərə alırıq. Rusiya və Ukraynanı, Serbiya və Kosovanı, Ermənistan və Azərbaycanı fərqli qruplara ayırırıq. Hətta İspaniya və Cəbəllütariq də eyni qrupa düşə bilmirlər. Təhlükəsizlik baxımından bu ölkə təmsilçilərinin üz-üzə gəlməsi doğru deyil. Təhlükəsizliklə bağlı suallar və problemlər yarandıqda, milli federasiyalardan təkliflər gəldikdə tədbirlər görürük”.(komanda.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36854 səs