10/10/2019
11:29
747
| A A A
Arsen Venger Bayern Munich-i manipulyasiyada günahlandırdı

Arsenal-ın keçmiş baş məşqçisi Arsen Venqer Bayern Munich-in yarımmüdafiəçisi Serj Qnabri haqqında fikirlərini bölüşüb.

Goal.az "BEIN Sports"a istinadən xəbər verir ki, o, alman klubunu manipulyasiyada günahlandırıb.

"O, çox istedadlı oğlan idi. Bəzi mərhələlərdə əminliyi çatmırdı, amma həmişə düşünürdük ki, bizim çox şeyə nail ola biləcək oyunçumuz var. Onda Qnabri ruh düşkünlüyünə məruz qaldığı West Bromwich-dəki uğursuz icarədən qayıtdı. Mən ona kömək etməyə çalışırdım, çünki Qnabriyə inanırdım. Biz uzun müddət onunla müqaviləni uzatmağa çalışırdıq. Düşünürəm ki, Bayern Munich onunla Verder-ə yola düşməsi və sonra münhenlilərə qoşulması ilə bağlı kulis arxasında manipulyasiya edirdi" - deyə mütəxəssis bildirib.

Qeyd edək ki, futbolçu 2012-ci ildən 2015-ci ilə qədər İngiltərə komandasının oyunçusu olub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36035 səs