10/10/2019
16:06
1113
| A A A
Emre Can Juventus-da xoşbəxt olmadığını açıqladı

Juventus-un yarımmüdafiəçisi Emre Can klubda özünü xoşbəxt hiss etmədiyini söyləyib.

Goal.az xəbər verir ki, Almaniya millisinin üzvü açıqlamasında hazırki durumundan narazılıq edib:

"İndi Juventus-da bədbəxtəm. Hazırda çox oynamıram. Keçən mövsüm tez-tez Juventus-a, xüsusən də vacib oyunlaryaxşı oynadım. Bu mövsüm çox şansım yox idi, amma düşünürəm ki, kluba qayıdanda yenə bu şansım olacaq. Bu mövsüm çox oynamadığıma baxmayaraq məni milli komandaya çağırdığı üçün (Argentina ilə yoldaşlıq oyununa)  Yoahim Lövə minnətdaram. Buna görə də oynamaqdan məmnun idim.

Xatırladaq ki, 25 yaşlı oyunçu bu mövsüm A Seriyasında oyuna sonradan daxil olaraq cəmi 3 oyun keçirib. O, eyni zamanda Çempionlar Liqası üçün Juventus-un heyətinə daxil deyil.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36032 səs