22/10/2019
10:19
1738
| A A A
Zidan: "Real-dakı gələcəyim haqqında başqaları düşünsün”

Real-ın baş məşqçisi Zinəddin Zidan istefaya göndəriləcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Goal.az xəbər verir ki, fransalı mütəxəssis “Marca”ya açıqlamasında Madrid klubunda həmişəlik qalmaq istədiyini və bu cür şayiələrə fikir vermədyini bildirib:

“Əvvəl nə olub, olub. Futbol əldə etdiyin hərşeyi unudur. Ancaq həyat da belədir. Biz Real-la nə əldə etmişiksə, keçmişdə qalıb. İnsanların nə danışdığını müzakirə etmək istəmirəm. Bu, məni narahat etmir. Mən öz komandamın oyunlarına diqqət etməliyəm. Real-da həmişəlik qalmaq istəyirəm. Mənim Real-dakı gələcəyim haqqında isə qoy, başqaları düşünsün”.

Qeyd edək ki, İspaniya mətbuatı Real-ın Çempionlar Liqasında uğurlu çıxış etməyəcəyi təqdirdə Zidanın istefaya göndəriləcəyini yazıb. Hətta bəzi nəşrlər bu gün Galatasaray-la keçirilən səfər matçında məğlubiyyətdən sonra Zidanın istefasının reallaşacağını yazıb.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
581 səs