11/11/2019
17:04
5276
| A A A
"Premyer Liqada çempionluq yarışı sona çatdı" - Mourinyo

Jose Mourinyo İngiltərə Premyer Liqasının 12-ci turunda keçirilən Liverpool – Manchester City oyunundan (3:1) sonra maraqlı açıqlamalar verib.

Goal.az xəbər verir ki, “Sky Sports”a danışan mütəxəssis Premyer Liqada "qırmızılar"ın qələbəsindən sonra çempionluq yarışının bitdiyini deyib:

“Məncə, Premyer Liqada çempionluq yarışı sona çatdı. Qeyri-adi hadisə olmasa, ya da önəmli bir futbolçusu ciddi zədələnməsə, Liverpool çempionluğu əldən verməyəcək. Manchester City ard-arda 8-9 oyun qalib gələ biləcək potensiala sahibdir, ancaq Liverpool-un 9 xallıq fərqi əldən verəcəyini düşünmürəm”.

Qeyd edək ki, Liverpool Manchester City ilə oyundan sonra xallarının sayını 34-ə çatdıraraq vahid liderdirliyi davam etdirir. Ən yaxın izləyicilləri – 2-ci və 3-cü yerləri bölüşən Leicester və Chelsea-nin 26, 4-cü pilləyə düşən Manchester City-nin 25 xalı var.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1028 səs