12/11/2019
20:48
7195
| A A A
“Karyeramda iki il itirdim” – Mahrez

Manhester City-nin futbolçusu Riyad Mahrez karyerası və baş məşqçisi Pep Qvardiola ilə bağlı açıqlama verib.

Goal.az xəbər verir ki, əlcəzairli futbolçu, Leicester-də iki il itirdiyini bildirib:

“Leicester-in heyətində çempion olduqdan sonra hansısa böyük kluba getsəydim, hər şey fərqli olardı. Karyeramda iki il itirdim. 27 yaşda Manchester City-yə transfer olunmaq əvəzinə, 24-25 yaşda böyük bir klubda forma geyinə bilərdim. Amma Leicester transferə əngəl oldu.

Həmin dövrdə Arsenal da məni heyətində görmək istəyirdi. 2016-cı ildə Arsenal-a transfer olunmağa çox yaxın idim, amma bu keçid alınmadı. Çox üzülmüşdüm”.

28 yaşlı futbolçu, Qvardiola ilə bağlı bunları deyib:

“Komanda daxilində hər şey fərqlidir. Komandada öz yeriniz uğrunda hər zaman mübarizə aparmalısız. Çünki bilirsiz ki, siz yaxşı oynamasaz, yerinizi başqası tutacaq. Baş məşqçi Qvardiola ilə anlaşmaq isə çox asandır. O, oyundan əvvəl hər şeyi bizə izah edir. Belə olan halda bizim üçün hər şey daha asan olur”.

2018-ci ildən “şəhərlilər”in şərəfini qoruyan futbolçunun klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.(komanda.az)