16/11/2019
11:48
1992
| A A A
"Liverpool kimi top komandada çalışmaq fantastik olar" - Gerrard

Liverpool keçmiş futbolçusu, hazırda Rangers-i çalışdıran Stiven Gerrard açıqlama verib.

Goal.az xəbər verir ki, 39 yaşlı mütəxəssis, gələcəkdə “qırmızılar”ı çalışdırması ilə bağlı suala belə cavab verib:

“Çox məqsədyönlü, iddialı insanam, öz işimə laqeyd yanaşmağı sevmirəm. Öz mövqeyimdə mümkün qədər yaxşı olmaq istəyirəm və hazırda əla heyətimiz var. Həqiqətən yaxşı komandamızın olduğunu hiss edirik və bundan məmnunuq. Tez-tez gələcəkdə harda olmaq istədiyim, arzularımla bağlı mənə suallar verilir. Məqsədim sadəcə növbəti oyunda qalib gəlməkdir, köklənməyim lazım olan yeganə məsələ budur. Digər məsələlərə isə vaxt ayırmıram. Bir gün Liverpool kimi top komandada çalışmaq fantastik olar, amma mən artıq üst səviyyəli bir komandada çalışdığımı hiss edirəm”.

Qeyd edək ki, Gerrard 1998-2015-ci illərdə Liverpool-un şərəfini qoruyub.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1144 səs