16/11/2019
18:26
2788
| A A A
"Barcelona-nın yeni hücumçu almaq istəməsi təəccüblü deyil" - Suarez

Barcelona-nın hücumçusu Luis Suarez açıqlama verib.

Goal.az xəbər verir ki, Uruqvay mətbuatına açıqlama verən futbolçu, klubun yeni hücumçu almaq istəməsi ilə bağlı danışıb:

“Barcelona-da ehtiyaclar heç vaxt bitməz. Hər üç gündən bir oyun var və rahatlaşmaq olmur. Burda keçirilən bir pis oyun belə, bağışlanılmaz. Barcelona kimi bir kluba gəlmək, komandaya uyğunlaşmaq, heyətdə yer almaq asan deyil.

Barcelona-nın yeni hücumçu almaq istəməsi təəccüblü deyil. Futbol belə bir oyundur. Uzun müddətdir burda oynayıram və bir gün bu formanı geyinmək üçün kifayət etməyəcəyimi bilirəm. Buna baxmayaraq, fiziki cəhətdən güclü olduğum müddətdə əlimdən gələnin ən yaxşısını etməyə davam edəcəm. Rəqabət aparmaq mənim üçün də faydalı olacaq”.

Qeyd edək ki, 2014-cü ildə Liverpool-dan transfer olunan 32 yaşlı futbolçunun klubla müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1135 səs