16/11/2019
19:37
3622
| A A A
"Onun sözləri Ronaldonu ağlatdı"

Fransa millisinin sabiq üzvü Luis Saha maraqlı açıqlamalar verib.

Goal.az xəbər verir ki, veteran futbolçu Manchester United-də oynadığı vaxt Rud van Nistelrooyla Kriştiano Ronaldo arasındakı problemlərdən danışıb:

"Rudun eqosu çox yüksək idi. Bütün ötürmələrin ona verilməsini istəyirdi. Həmin vaxt Kriştiano Ronaldo və Ueyn Runi hələ gənc idi. Rudun davranışları baş məşqçinin işini çətinləşdirirdi.

Van Nistelrooyla Ronaldo aralarındakı problemin həll olunması üçün Kriştianonun atasının vəfat etdiyi zamanın uyğun olduğunu düşündülər, amma bu yanlış idi. Rudun o gün söylədiyi sözlərə görə çox peşman olduğuna əminəm. O sözlər Kriştianonu ağlatmışdı".

Luis Saha Ronaldonun normal insan olmadığını bildirib: "Ronaldoya sadəcə insan demək olmaz. 18 yaşı ilə indiki vəziyyətini müqayisə etsəniz, normal insan olmadığını anlayarsınız. Onun kimi futbolçuların bu səviyyəyə gəlməsinin yeganə səbəbi istedad deyil. Onlar hər kəsdən çox çalışır". (fanat.az)

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1060 səs