17/11/2019
16:24
2372
| A A A
"Barcelona-da oynamaq asan deyil" - Qrizmann

Barcelona-da sərgilədiyi oyuna görə tənqid olunan Antuan Qrizmann açıqlama verib.

Goal.az xəbər verir ki, Fransa mətbuatına danışan Qrizmann, Kataloniya təmsilçisinə uyğunlaşmağa çalışdığını deyib:

“Mənim üçün mərkəzə yaxın oynamaq daha yaxşıdır. “Atletico-da bu mövqedə oynamışam. İndi sol cinahdayam və buna uyğunlaşmağa çalışıram.

Bura gələrkən çətin olacağını bilirdim. Barcelona-da oynamaq asan deyil. Çox şey öyrənirəm və daha da yaxşı olacam”.

Qeyd edək ki, bu mövsüm Barcelona ilə 15 oyuna çıxan Qrizmann, 4 qol vurub.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1029 səs