18/11/2019
15:50
2114
| A A A
"Yüz faiz hazır deyildim" - Ronaldo

Juventus-un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında Lokomotiv, İtaliya A seriyasında Milan-la matçlarda əvəzlənməsinə münasibət bildirib.

Goal.az xəbər verir ki,, o, əvəzləndiyi üçün baş məşqçisi Maurisio Sarri ilə aralarında narazılıq olmadığını deyib. Portuqaliya millisinin üzvü zədə səbəbindən əvəzləndiyini təsdiqləyib:

"Son üç həftədir fiziki problemlərlə oynayıram. Baş məşqçi ilə anlaşılmazlıq yoxdur, bunu media uydurdu. Juventus-a kömək etməyə çalışırdım. Heç kim oyundan çıxarılmağı sevmir, amma məşqçi heyətinin qərarını anlaya bilirəm. Çünki 100 faiz hazır deyildim. Komandam üçün bəzi fədakarlıqlar etdim. Portuqaliya millisi ilə isə Avropa çempionatından kənarda qala bilərdik. Özümü yenə təhlükəyə atdım. Karyeram ərzində ciddi bir zədə problemim olmayıb, amma bu, hər an ola biləcək durumdur".

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1028 səs