Qvardiola Manchester City-dən gedir? - Meneceri açıqlama verdi
Manchester City-nin baş məşqçisi Pep Qvardiolanın meneceri Mariya Orobit açıqlama verib.
Goal.az xəbər verir ki, İngiltərə mətbuatına danışan menecer, Qvardiolanın “Mançester Siti”də qalacağını deyib:
“Futbolda mümkünsüz heç nə yoxdur. Ötən həftə onunla danışdım və hər şeyin qaydasında olduğunu dedi. Pep Manchester City-dədir və 2021-ci ilin yayına qədər müqaviləsi var. Heç kim Peplə bağlı mənimlə danışmayıb”.
Qeyd edək ki, Qvardiolanın mövsümün sonunda Bayern Münich-ə qayıdacağı deyilir.