25/03/2020
21:26
2878
| A A A
"Karyeramın sonuna qədər Chelsea-də qalmaq istəyirdim”

Chelsea-nin sabiq yarımmüdafiəçisi Mixael Ballak İngiltərə mətbuatına müsahibə verib.

Goal.az xəbər verir ki, almaniyalı futbolçu London klubundan ayrılmağı barədə danışıb.

Ballak 2010-cu ildə Chelsea-dən Bayer Leverkusen-ə keçib: "Karlo Ançelotti qalmağımı istədi, lakin klub mənim yaşımdakı oyunçulara bir illik müqavilə təklif edirdi. Mən isə onlardan iki illik sözləşmə tələb etdim.

İndi başa düşürəm ki, səhv etmişəm. Bir il belə qalmaq lazım idi. Açığı, o zaman belə ayrılacağımı düşünməmişdim. Son ana qədər məsələnin həll olunacağını gözləyirdim. Ancaq alınmadı. Karyeramın sonuna qədər Chelsea-də qalmaq istəyirdim”.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8999 səs