28/03/2020
20:55
2857
| A A A
"Ən sevdiyim oyunçu bu nömrə ilə çıxış edirdi"

Liverpool-un yarımmüdafiəçisi Jorjinyo Viynaldum İngiltərə mətbuatına müsahibə verib.

Goal.az xəbər verir ki, hollandiyalı futbolçu beş nömrəli formanı seçməsinin səbəbini açıqlayıb:

“Beş mənim üçün xüsusi bir nömrədir. Bu rəqəm mənə çox uğur gətirib. Həm də ən sevdiyim oyunçu Zidan bu nömrə ilə çıxış edirdi. Karyerama bu rəqəmlə başladığım üçün xoşbəxtəm.

Belə şeylərə çox önəm verirəm. Zidan həqiqətən əfsanədir. Onunla eyni nömrəli forma geyinmək mənim üçün də sevindiricidir. Ümid edirəm ki, bu rəqəm mənə hələ çox uğur qazandıracaq”.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5449 səs