30/03/2020
19:45
1230
| A A A
"Chelsea-ni tərk etməyə çalışdım" - Jiru

Chelsea-nin hücumçusu Olivye Jiru İngiltərə mətbuatına müsahibə verib.

Goal.az xəbər verir ki, 33 yaşlı forvard komandadan ayrılmaq istədiyini gizlətməyib:

"Düzünü desəm, özümü hər klubda görürəm. Çətin bir altı ay keçirdim. Davamlı oynamaq və meydanda olmaqdan zövq almaq istəyirdim. Buna görə də yanvarda Chelsea-ni tərk etməyə çalışdım.

Ancaq klub mənə əvəzedici tapmadığı üçün satmadı. Qış transfer dönəminin son gününə qədər getməyi düşünürdüm. Komandada qaldığıma görə məyus olmuşdum. Ancaq səhəri gün Chelsea forması ilə meydana çıxdım. Sonra isə hər şeyi unutdum”.

Fransalı cari mövsümdə Chelsea-də 13 oyun keçirib və 3 qol vurub. Futbolçunun "zadəganlar”la müqaviləsi iyunun sonunda başa çatır. Qışda Jiru ilə İnter və Tottenham yaxından maraqlanırdı.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5624 səs