09/04/2020
10:00
2007
| A A A
Mourinyo səhvini etiraf etdi

Tottenham-in baş məşqçisi Joze Mourinyo parkda qrup halında məşq keçməklə səhv etdiyini etiraf edib.

Goal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bununla bağlı deyib:

"Hərəkətlərimin dövlət protokoluna uyğun olmadığını qəbul edirəm. Təkcə ailəmizlə təmasda olmalıyıq. Hər kəs hökumətin tövsiyələrinə əməl etməlidir. Səhiyyədə çalışan qəhrəmanlarımızı dəstəkləməli və hamımız həyat xilas etmək üçün üzərimizə düşəni etmək məcburiyyətindəyik".

Xatırladaq ki, Mourinyo London parklarının birində futbolçular Tanqay N’Dombele, Rayan Sessenyon və Davinson məşq edərkən görüntülənmişdi.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5942 səs