23/05/2020
14:43
1221
| A A A
"Nə vaxt yeməkxanada görürdünsə..."

Borussia Dortmund-un gənc forvardı Erlinq Holandın şəxsi məşqçisi Borre Stinsild gənc ulduz barədə maraqlı fakt açıqlayıb.

Goal.az xəbər verir ki, mütəxəssis belə deyib:

"Erlinq 15 aya 12 kiloqram əzələ kütləsi yığıb. İnanılmaz göstəricidi! Boyu 12 santimetr artdığı üçün bu, çox vacib idi. Onun bədəni genetik olaraq idmana uyğundur. Ancaq hədəfə çatmaq üçün mümkün olan hər şeyi etməsi çox sevindiricidir. Əvvəllər Holand lazım olandan çox yeyirdi. Nə vaxt yeməkxanada görürdünsə, boşqabında bir qalaq yemək olurdu”.

Qeyd edək ki, Holand Borussia-ya bu ilin yanvarında Salzburg-dan transfer olunub. Almaniya klubuna 20 milyon avroya başa gələn norveçli "arılar”la 4 illik müqaviləyə imzalayıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
9016 səs