23/05/2020
20:53
436
| A A A
Xorvat mütəxəssis: "Azərbaycan güclü futbol ölkəsidi"

"Sabah"ın məşqçisi Marko Lozo "Slobodnadalmacija" müsahibə verib.

Goal.az xəbər verir ki, 32 yaşlı mütəxəssis koronavirus pandemiyası səbəbindən çempionatın dayanmasından danışıb.

"Azərbaycanda çox koronavirusa yoluxma olduğunu düşünmürəm, bəlkə də gün ərzində 130 yoluxma halı qeydə alınır. Çempionata nə vaxt başlayacağımızı bilmirik. "İyunun 1-dək məşqlərə başlaya bilməyəcəyik. Məktəblər də açılmayacaq. Kafelər, restoranlar yalnız gün ərzində işləyir. Buna görə insanlar küçələrə çıxır. Ancaq hava limanı iyunun 1-dək bağlıdı" deyə Marko Lozo bildirib.

Baş məşqçi Jelko Sopiçin köməkçisi Azərbaycan futbolu barədə də danışıb: "Azərbaycan güclü futbol ölkəsidi, klublar Çempionlar Liqası və Avropa Liqasının qruplarında çıxış edirlər. "Sabah" "Qarabağ" və "Neftçi" kimi tanınmır. Jelko Sopiç buraya gəlmək fürsəti əldə etdi, məni də yanına gətirdi. Noyabr ayından etibarən 6 oyunda yaxşı çıxış etdik, amma iki ay ərzində hər şey kəskin şəkildə dayandırıldı".

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5630 səs