01/06/2020
12:24
719
| A A A
Şvaynştayger məşqçiliyə başlamaq istəyir

Almaniya yığmasının sabiq yarımmüdafiəçisi Bastian Şvaynştayger məşqçiliyə başlamaq istədiyini açıqlayıb.

Goal.az xəbər verir ki, hazırda 35 yaşı olan keçmiş futbolçu ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:

“Nə vaxtsa mənim xoşuma gələcək maraqlı bir variant yaransa, bu barədə düşünəcəyəm. Nə etsəm də, qalib gəlmək və məqsədlərimə çatmaq istəyirəm”.

Qeyd edək ki, Bayern Münich-in yetirməsi olan və karyerasının böyük hissəsini Münhen klubunda keçirən Şvaynştayger Manchester United, Chikago Fire komandalarının da uğurları üçün çalışıb. 2019-cu ilin oktyabr ayında isə o, peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb. (matc)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8978 səs