03/06/2020
12:55
2889
| A A A
"Messini bir də görmək üçün 20-30 il gözləmək lazım gələcək"

Real Madrid-in sabiq futbolçusu, braziliyalı Ronaldo diqqətlə izlədiyi futbolçuların adlarını açıqlayıb.

Goal.az xəbər verir ki, “yekədiş” ləqəbli sabiq hücumçu 5 futbolçunun oyununu diqqətdə saxladığını bildirib.

Onların arasında Kriştiano Ronaldo yoxdur: “Əlbəttə, ilk sırada Lionel Messi dayanır. Onun kimi talantı bir daha görmək üçün 20-30 il gözləmək lazım gələcək.

Məni Salah, Hazard və Neymarın da oyunu cəlb edir. Təbii ki, Mbappenin də. Çoxları Mbappeni mənimlə müqayisə edir. Əlbəttə, oxşar cəhətlərimiz var. Amma müxtəlif nəsillərin futbolçuları arasında müqayisə aparmaq ürəyimcə deyil”. (sportinfo)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
8915 səs