06/06/2020
15:48
1607
| A A A
"Yaxşı ki, Barcelona-ya getməmişəm" - Di Mariya

PSG-nin yarımmüdafiəçisi Anxel Di Mariya üç il əvvəl Barcelona-ya keçməyə yaxın olduğunu bildirib.




Goal.az xəbər verir ki, “L’Equipe” danışan argentinalı həmin vaxt komandanın Osman Dembeleni transfer etdiyini açıqlayıb:

"Parisdə çox xoşbəxt idim. Üç il öncə Barcelona-dan mənə təklif gəldi. Klublar bu məsələni müzakirə etsələr də, rəhbərlik məni satmaq istəmədi. Əvvəlcə buna əsəbləşdim. Sonra "yaxşı ki, getməmişəm" dedim. Avropadakı karyeramı PSG-də bitirmək istəyirəm. Burada özüm də, ailəm də xoşbəxt yaşayır. Müqaviləmin uzadılmasına gəlincə, bu barədə indidən nəsə demək çətindir. Hələ heç danışıqlara başlamamışıq. Diqqətimi meydana yönəltmək istəyirəm, qalanları daha sonra düzələcək”.

Qeyd edək ki, Di Mariyanın PSG ilə müqaviləsi 2021-ci ildə başa çatır. (matc)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
7554 səs