03/08/2020
11:28
1962
| A A A
"Messini ya yuxumda ya da "Playstation"da dayandıra bilərəm"

"Napoli"nin baş məşqçisi Cennaro Qattuzo Çempionlar Liqasının 1/8 finalında "Barcelona" ilə görüşdən öncə komandanın kapitanı Lionel Messi haqda danışıb.

Goal.az xəbər verir ki, o, argentinalı hücumçu haqqında düşüncələri ilə bağlı verilən sualı belə cavablandırıb:

"Messini ya yuxumda, ya da oğlumun "Playstation"ında saxlaya bilərəm. "Milan"da oynayanda indikindən 10-15 kq arıq idim və onun qarşısını kəsməyə çalışmışdım".

Çempionlar Liqasının 1/16 finalının cavab oyunları çərçivəsində keçiriləcək "Barcelona" - "Napoli" matçı avqustun 8-də baş tutacaq. Komandalar arasında ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb. (Sportinfo)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
18997 səs