12/08/2020
12:26
13406
| A A A
"Messi dünyanın ən yaxşı oyunçusu ilə qarşılaşacaq"

Bayern Münich-in sabiq futbolçusu Lotar Matteus komandanın Çempionlar Liqasının 1/4 finalında Barcelona ilə qarşılaşacağı matçla bağlı fikirlərini bildirib.

Goal.az xəbər verir ki, o, görüş öncəsi Münhen klubunun hücumçusu Robert Levandovskini fərqləndirib:

"Messi dünyanın ən yaxşı oyunçusu olan varisi Robert Levandovski ilə qarşılaşacaq. Robert nəinki ən yaxşı hücumçu, eyni zamanda dünyanın ən yaxşısıdır.

Düzdür, Barcelona-da da Messi kimi futbolçu var. Onun kimi bir oyunçu meydanda fərq yarada bilər. Ancaq Messinin olması Barcelona üçün kifayət deyil. Buna görə də narahat deyiləm".

Barcelona və Bayern arasında Lissabondakı görüş avqustun 14-ü keçiriləcək. (sportinfo)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24282 səs