"Topa sahib olmağı sevən iki komanda qarşılaşacaq"
Bayern Münich-in futbolçusu Tomas Müller Çempionlar Liqasının 1/4 finalında Barcelona-ya qarşı keçirəcəkləri oyundan danışıb.
Goal.az xəbər verir ki, oyunçu açıqlamasında bunu deyib:
"Topa sahib olmağı sevən iki komanda qarşılaşacaq. Biz top rəqibdə olanda da yaxşı oynamaq, Barcelona-nın işini çətinləşdirmək, onu geri qaytarmaq istəyirik. Messini saxlamaq olar. Bütün komanda müdafiə olunsa, öhdəsindən gələ bilərik".
Qeyd edək ki, Barcelona - Bayern oyunu bu gün saat 23:00-da keçiriləcək.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR