21/09/2020
11:43
1782
| A A A
"Onunla aramda heç bir problem olmayıb" - Zidan

Real Madrid-in baş məşqçisi Zinəddin Zidan icarə əsasında Tottenham-ə keçən Qaret Beyl haqda danışıb.

Goal.az xəbər verir ki, Marca-ya açıqlama verən fransız mütəxəssis, uelsli futbolçunun keçidini belə şərh edib:

“İnsanlar Beylin gedişində məni günahlandırsa da, bu, məni əsəbiləşdirmir. Çünki deyilənlər doğru deyil. Mənim Beyllə heç bir problemim olmayıb. Heç kim onun Real üçün etdiklərini kiçiltməyəcək.

Qaret üçün ən yaxşısını arzu edirəm. Onunla danışmamışam. Beyl Real-da əlindən gələni etdi, kubok qazandı, finallar oynadı. Ötən mövsümdə də Real-da qaldısa da, deməli, bir səbəbi var idi.

Beylin gedişi ilə üzərimdən yük götürüldümü? Xeyr, çünki o, mənə yük olmayıb. Onunla aramda heç bir problem olmayıb. Sadəcə, müxtəlif səbəblərə görə az oynadı”.

Xatırladaq ki, Real Madrid Beyli Tottenham-ə bir illik icarəyə verib.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
9688 səs