23/10/2020
14:24
1105
| A A A
"Bu, nə yaxşıdır, nə də pis - qəbul edib, öhdəsindən gəlməlisən”

Atletico Madrid-in baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Bayern Münich-ə qarşı keçirdikləri oyunu şərh edib.

Goal.az xəbər verir ki, argentinalı mütəxəssis, 0:4 hesabıyla məğlub olduqları görüşlə bağlı bunları deyib:

“Bayern öz imkanlarından yaxşı istifadə edən güclü komandadır. Bu da futbolda öz bəhrəsini verir. Bu oyunda öyrənəcəyimiz çox şey oldu. Təhlükəli epizodlarımız olsa da, sonlandıra bilmədik.

Bəli, indi bütün komandaların üzərində böyük yük var. Uzun illər Çempionlar Liqasında mübarizə aparan komandalar buna öyrəşib. Bu, nə yaxşıdır, nə də pis. Bunu qəbul edib, öhdəsindən gəlməlisən”.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21416 səs