Laportadan Messi ilə bağlı təəccübləndirən açıqlama
"Messiyə gələn 250 milyonluq təklifi geri çevirdim".
Goal.az xəbər verir ki, bu sözləri Barcelona-nın sabiq prezidenti Xuan Laporta deyib.
"Barcelona-nı sevən heç kim Messiyə şübhə etməz. Yenidən seçilsəm, onunla danışacağam. 2006-cı ildə Massimo Moratti onu İnter-ə aparmaq üçün 250 milyon avro təklif etdi, amma mən dərhal rədd etdim",- deyə o əlavə edib.
Bununla da sabiq prezident argentinalı ulduz futbolçunu komandasında görmək istədiyini bildirib.
Qeyd edək ki, bir müddət əvvəl məşhur futbolçunun Barcelona-dan ayrılmaq istədiyi ilə bağlı məlumat yayılmışdı.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR