23/02/2021
14:28
1113
| A A A
“Atletico Madrid-lə oyun bizim üçün böyük sınaqdı”

“Bu qarşılaşma bizim üçün böyük bir sınaqdı”.



Goal.az xəbər verir ki, bunu Chelsea-nin baş məşqçisi Tomas Tuxel deyib.

Çempionlar Liqasının 1/8 final mərhələsinin Atletico Madrid-lə ilk oyunu barədə danışan Tuxel bildirib ki, komandası öz stilində oynayacaq: “Rəqib bu səviyyədə böyük təcrübəyə və çox təcrübəli bir məşqçiyə sahib komandadı. Ümid edirəm ki, bu matç bizi ən yaxşı oyunumuzu göstərməyə məcbur edəcək. Biz öz stilimizdə oynayacağıq, rəqib isə özünəməxsus şəkildə. Atletico ilə dueldə nə əldə etdiyimizi hər kəs başa düşür”.

Qeyd edək ki, Atletico - Chelsea matçı bu gün saat 00.00-da start götürəcək.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19920 səs