18/04/2021
18:27
862
| A A A
"Qalib gəldiyimiz üçün çox sevincliyəm” - Tuxel

Chelsea-nin baş məşqçisi Tomas Tuxel İngiltərə federasiya kubokunun yarımfinal mərhələsində Manchester City-ni məğlub etdikləri matçdan sonra fikirlərini bildirib.

Goal.az xəbər verir ki, BBC-yə danışan Tuxel, 1:0 hesabıyla qələbə qazandıqları matçı belə şərh edib:

“Çox xoşbəxtəm və komandamla qürur duyuram. Avropanın ən güclü komandalarından birinə qarşı oynadıq. Premyer Liqada lider olan Manchester City ilə aramızda fərq çoxdur. Lakin bu matçda komandadakı boşluqları doldurmağa çalışdıq.

İlk hissənin 35 dəqiqəsini və ikinci hissənin 30 dəqiqəsini möhtəşəm oynadıq. Qələbəyə layiq olduğumuzu düşünürəm. İkinci qolu da vura bilərdik, lakin son zərbələrdə uğursuzluq yaşadıq. Matçın son hissələrində çox əziyyət çəkdik. Böyük cəsarətlə müdafiə olunduq və rəqibə şans vermədik. Bu qələbəyə ehtiyacımız var idi. Qalib gəldiyimiz üçün çox sevincliyəm”.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11336 səs