20/04/2021
10:39
1068
| A A A
"Bunu futbolu xilas etmək üçün edirik"

“Super Liqanın yaradılmasının əsəs məqsədi dünya futbolunu xilas etməkdir”.

Goal.az xəbər verir ki, Real Madrid-in prezidenti və Super Liqanın rəhbəri Florentino Peres deyib.

“Biz futbolu daha cəlbedici etməliyik, çünki artıq 24 yaşa qədər insanların 40 %-i futbolla maraqlanmır”, - Peres qeyd edib. “Bunun üçün bizə daha az oyun lazımdır, amma bu oyunlar top-komandalar arasında keçirilməlidir. Bunu futbolu xilas etmək üçün edirik, özümüz üçün yox”.

İlkin plana görə, Super Liqada 15 təsisçi klub, həmçinin mövsumdən mövsümə dəyişən 5 komanda iştirak edəcək. Mövsüm avqustda başlayacaq. Oyunlar həftənin ortalarında keçiriləcək, klublar ölkə çempionatlarında iştiraka davam edəcəklər.

“Hələlik Superl Liqada üç ölkə təmsil olunur. Mövsumdən mövsümə dəyişən komandalar üçün meyarları hələ bilmirik”, - Peres əlavə edib.

“Fransanın PSG komandasını və Almaniya klublarını hələ dəvət etməmişik. Hazırda liqada 12 komanda var, amma onların sayını 15-ə çatdırmaq istəyirik”, - o vurğulayıb.

Xatırladaq ki, aprelin 19-da Avropanın 12 top-klubu Super Liqanın yaradıldığını elan ediblər.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11341 səs