22/04/2021
16:26
2361
| A A A
Çeferin: "Peres onun dediklərinə tabe olan UEFA prezidenti istəyir"

UEFA prezidenti Aleksander Çeferin Çempionlar Liqasının yarımfinal oyunlarının taleyi haqqqında danışıb.

Goal.az xəbər verir ki, Sloveniyanın "24UR" telekanalına açıqlama verən funksioner matçların oynanmaması ilə bağlı kiçik ehtimalın olduğunu deyib.

Çeferin qarşılaşmaların baş tutmayacağı təqdirdə, yarımfinal iştirakçılarının onları məhkəməyə verə biləcəyini sözlərinə əlavə edib: "Buradakı kritik məqam cari mövsümün artıq başlamasıdır. Matçlar oynanmazsa, yayımçılar bizi məhkəməyə verə bilərlər. Ancaq gələcəkdə işlər dəyişəcək".

Sloveniyalı funksioner İspaniyanın Real Madrid klubunun və Avropa Super Liqasının prezidenti Florentino Peresin iddialarına da cavab verib: "Onun sözləri məni burada qalmağa daha çox təşviq edir. Peres dediklərinə tabe olan, onu dinləyən və özünün düşündüyünü edən UEFA prezidenti istəyir. Mən isə Avropa və dünya futbolu üçün yaxşı olanı edirəm".

Qeyd edək ki, İspaniyanın Barcelona və Real Madrid klublarından başqa 10 komanda Superliqadan ayrıldığını açıqlayıb. İtaliyanın Milan və Juventus klubları layihənin yenidən nəzərdən keçirilə biləcəyini bəyan edib.(report)

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs