04/05/2021
13:51
665
| A A A
"Bizim üçün möhtəşəm il oldu"

İtaliya A Seriyasında sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirən İnter-in hücumçusu Romelu Lukaku açıqlama verib.

Goal.az xəbər verir ki, Football İtalia nəşrinə danışan belçikalı hücumçu, İnter-də oynamaqdan qürur duyduğunu deyib:

“Dünyadakı bütün İnter azarkeşlərini, komandamı, rəhbərliyi təbrik edirəm. Çox xoşbəxtəm. Bizim üçün möhtəşəm il oldu. İnter-də oynamaqdan qürur duyuram. Skudettonu qazanmaq karyeramda yaşadığım ən yaxşı şeydir. Hər kəsə təşəkkür etmək istəyirəm, həqiqətən, çox xoşbəxtəm”.

Lukaku bu mövsüm “İnter”lə A Seriyasında 33 oyunda 21 qol vurub, 9 məhsuldar ötürmə edib.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
10808 səs