04/05/2021
14:54
685
| A A A
"Bu çempionluğu yaxınlarıma, ailəmə həsr edirəm"

İtaliya A Seriyasında sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirən İnter-in baş məşqçisi Antonio Konte açıqlama verib.

Goal.az xəbər verir ki, Konte, skudettonu qazanmaqları ilə bağlı bunları deyib:

“Düşünürəm ki, bu mövsüm əldə etdiyimiz inkişaf komandaya çempionluğu qazandırdı. Bu anın dadını çıxarmaq üçün hələ qarşımızda 4 oyun var.

Komanda inkişaf edir. Hər zaman hücum etmək və ya müdafiə olunmaq olmur. Hər şey rəqibinizə göstərəcəyiniz təzyiqlə bağlıdır.

Bu çempionluğu yaxınlarıma, ailəmə həsr edirəm. Mənə dəstək olan, inkişafımda önəmli rolu olan Qabriele Orialiyə təşəkkür edirəm”.

Xatırladaq ki, İnter A Seriyasında 34 turdan sonra 82 xal toplayaraq, sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
10808 səs