07/05/2021
16:27
1583
| A A A
Hazard Real Madrid azarkeşlərindən üzr istədi

Real Madrid-in futbolçusu Eden Hazard azarkeşlərdən üzr istəyib.

Goal.az xəbər verir ki, Madrid klubunun Çempionlar Liqasının yarımfinal mərhələsində Chelsea-yə məğlub olduğu görüşdən (0:2) sonra keçmiş komanda yoldaşları ilə zarafatlaşarkən, gülən vəziyyətdə görüntülənən Hazard, instaqram hesabı vasitəsilə Real azarkeşlərindən üzr istəyib. O, paylaşımında bunları qeyd edib:

“Məyusam. Haqqımda yazılanları oxudum. Real azarkeşlərini incitmək kimi bir fikrim yox idi. Real-da oynamaq hər zaman xəyalım olub və bura qazanmağa gəlmişəm. Mövsüm bitməyib və La Liqada çempionluq üçün mübarizə aparacağıq”.

Real Çempionlar Liqasının yarımfinalında iki oyunun nəticəsinə görə Chelsea-yə uduzub (1:1, 0:2). Hazard London komandası ilə cavab matçından sonra keçmiş komanda yoldaşları ilə zarafatlaşarkən, gülən vəziyyətdə görüntülənmişdi. Bundan sonra Real azarkeşləri futbolçuya bu görüntüsünə çox qəzəblənmiş, hətta, onun komandadan göndərilməsini istəmişdilər.

Hazard 2019-cu ilin yayında Chelsea-dən Real-a keçib. Belçikalı futbolçu bu mövsüm Madrid klubu ilə 18 oyuna çıxıb.

Real İspaniya La Liqasında 2-ci sıradadır.(matc)