12/05/2021
15:20
2541
| A A A
Van Deyk AVRO-2020-də çıxış etməkdən imtina etdi

Liverpool-un və Hollandiya milli komandasının futbolçusu Vircil van Deyk Avropa çempionatına yollanmaqdan imtina edib.

Goal.az xəbər verir ki, 29 yaşlı müdafiəçi qərarını zədədən sonra bərpa dövrü keçməsi ilə əlaqələndirib. Van Deyk Avropa çempionatında oynamayacağına üzüldüyünü və çətin, amma düzgün qərar qəbul etdiyini vurğulayıb. O, növbəti mövsümün hazırlıqlarına köklənəcəyini bildirib.

Qeyd edək ki, Vircil van Deyk ötən ilin oktyabrında Everton-la Premyer Liqa qarşılaşmasında xaçabənzər bağlarından zədə alıb. Avropa çempionatı iyunun 11-də start götürəcək. (Report)