14/06/2021
14:25
1854
| A A A
Kristian Eriksen: "Təslim olmayacağam"

"Hamınıza təşəkkür edirəm, təslim olmayacağam".

Goal.az xəbər verir ki, bu fikirləri Avropa çempionatının B qrupunun Finlandiya ilə matçında huşunu itirərək yerə yıxılan Danimarka millisinin futbolçusu Kristian Eriksen La Gazzetta dello Sporta açıqlamasında deyib.

29 yaşlı yarımmüdafiəçi hazırda daha yaxşı olduğunu bildirib: "Amma nə baş verdiyini anlamaq istəyirəm. Mənim üçün etdiklərinizə görə hamınıza təşəkkür edirəm".

Qeyd edək ki, hadisədən sonra ölüm təhlükəsi ilə üz-üzə olan Eriksen ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılıb. Hazırda xəstəxanada onun müalicəsi davam edir.