24/06/2021
15:25
2152
| A A A
Buffon Barcelona-ya niyə "yox" dediyini açıqladı

Bu yay azad agent statusu ilə Parma-ya keçən Canluici Buffon Barcelona-nın təklifini geri çevirdiyini söyləyib.

Goal.az xəbər verir ki, "Sky Sport Italia"ya danışan təcrübəli qapıçı Kataloniya təmsilçisinə "yox" deməsinin səbəbini də açıqlayıb:

"Bilirdim ki, ora getsəm, yenidən ehtiyatda qalacam. Açığı, son vaxtlar ehtiyatda qalmaqdan bezmişəm. Bunu Juventus-a bağlı olduğum üçün həzm edə bilirdim. Emosiyalar mənim üçün xüsusi önəm daşıyır. Parma-nın mənə başqa heç bir klubun verməyəcəyi duyğuları bəxş edəcəyini anladığım üçün Barcelona-nın təklifini geri çevirdim. Bura gəldiyim üçün məmnunam. Parma mənim evimdir".

Qeyd edək ki, Buffon Juventus-a 2001-ci ildə məhz Parmadan transfer olunmuşdu. 17 il Turin təmsilçisinin formasının geyindikdən sonra azad agent qismində PSG-yə keçən Canluici 2019-cu ildə "qoca sinyora"nın sıralarına qayıtmışdı. (fanat)