17/07/2021
20:41
4316
| A A A
Peresdən Özilin sevgilisi haqqında şok açıqlama

Real Madrid-in prezidenti Florentino Peresin daha bir qalmaqallı səs yazısı yayılıb.

Goal.az xəbər verir ki, bu dəfə Peresin Məsut Özillə bağlı sözləri ictimaiyyətə çatdırılıb:

"Özil bura 21 yaşında gəlib. Üçüncü nəsil türkdür və birdən-birə gəlib Madrid kimi şəhərə düşüb. Bura gələndə heç nəyi yox idi. Sonra Milandan olan bir model qızla tanış oldu. Hər dəqiqə şəxsi təyyarəsi ilə onun yanına eşqbazlığa gedirdi.

Hələ bir dəfə Mourinyunu da əsəbləşdirib. Mourinyu da Özilə "Ey səfeh, gəl sənə ata kimi məsləhət verim. Həmin qızla münasibətini kəs. İnter-in, Milan-ın futbolçuları, hətta məşqçilər heyəti belə həmin qızla eşq yaşayıb. Çox sürüşkən qızdır" deyib. Bundan sonra Özil həmin qızla münasibətini kəsib".