20/07/2021
21:49
2473
| A A A
"Makqreqorun topuqlarında xroniki artrit var" - UFC prezidenti

UFC prezidenti Dana Uayt irlandiyalı MMA döyüşçüsü Konor Makqreqorun ayağında xroniki zədə olduğunu açıqlayıb.

Goal.az xəbər verir ki, "Fox News" Uaytın söylədiklərini belə çatdırıb:

"Makqreqorun oktaqona dönməsi üçün öncə tam sağalması lazımdır. Bu proses azı bir il çəkəcək. Son illərdə onun ayaqlarında problemləri var idi. Döyüşdən əvvəl topuğunu sarımaq üçün icazə istəmişdi. Ona icazə verildikdən sonra isə bunu etmədi... Bilmirəm niyə. Onun topuqlarında xroniki artrit var."

Bir neçə gün əvvəl irlandiyalı döyüşçü öz "Twitter" hesabında video vasitəsi ilə vəziyyətin elə də gərgin olmadığını və tezliklə döyüşlərə qatılacağını demişdi.

Qeyd edək ki, Dastin Puarye ilə keçirdiyi son döyüşün ilk raundunda Makqreqorun ayağının sınmışdı. Görüş dayandırılmış və Fransa əsilli ABŞ idmançısı texniki nokautla qalib gəlmişdi.(fanat)