22/07/2021
09:20
886
| A A A
"Ümid edirəm ki, turu biz keçəcəyik" - Ayxan Abbasov

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Çukariçki” (Serbiya) ilə ilk oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Goal.az xəbər verir ki, çalışdırıcı qolsuz başa çatan matç haqda deyib:

“Bugünkü oyun bizim Avropa səhnəsində ikinci qarşılaşmamız idi. Maraqlı mübarizəyə şahidlik etdik. Oyunun əvvəlində uşaqların həyəcanlı olduğu hiss olunurdu. Bu da səbəbsiz deyil. Çünki, heyətimiz gənc futbolçulardan qurulub. Lakin matçın gedişində həyəcanımızı boğa bildik. Rəqibimiz meydan amilinə görə nisbətən bizdən üstün oyun sərgiləməyi bacardı".

A.Abbasov cavab matçı haqqında nikbin danışıb: "Bir həftə sonra doğma meydanımızda azarkeşlərimizin qarşısında oynayacağıq. Onlar da bizim üçün darıxıblar. Ümidvaram ki, azarkeşlərimiz önündə sərfəli nəticə əldə edərək, turu keçən tərəf biz olacağıq”.