22/07/2021
13:57
3486
| A A A
"Ronaldo mənə zəng vurdu, Barcelona 50 milyon avro istədi"

Sevilla-nın yarımmüdafiəçisi İvan Rakitiç 2019-cu ildə Barcelona-dan Juventus-a keçməyə yaxın olduğunu açıqlayıb.

Goal.az xəbər verir ki, xorvat oyunçunun söylədiklərini belə çatdırıb:

"2019-cu ilin yayında Kriştiano Ronaldo zəng vurdu və Juventus rəhbərliyinin məni komandada görmək istədiyini dedi. Amma transfer baş tutmadı. Çünki Barcelona İtaliya klubundan 50 milyon avro istədi. Bu məbləğ çox idi".

Rakitiç Barcelona-da 2014-2020-ci illərdə çıxış edib. O, Kataloniya komandası ilə dörd dəfə İspaniya Primyerasının qızıl medalına sahib çıxıb, iki dəfə ölkə Superkubokunu başı üzərinə qaldırıb. Bundan başqa, Çempionlar Liqasını da qazanan İvan Avropa Superkuboku və klublararası dünya çempionatında qalib olub. (fanat)